Əsas səhifə » İslam Maliyyəsi Nədir?

İslam Maliyyəsi Nədir?

Yamin Savalanli

Bakı, AzerVoice

AzerVoice olaraq “Bank of England” tərəfindən İslam bankçılığı ilə bağlı hazırlanan məqaləni sizə təqdim edirik.

İslam maliyyəsi, pulu İslamın əxlaqi prinsipləri çərçivəsində idarə etməyin bir yoludur. Əmanət etmək, investisiya qoymaq və ev almaq məqsədiylə həyata keçirilən fərqli əməliyyatları əhatə edir.

Bir çox müsəlmanın yaşadığı əxlaq prinsipləri bəzən “şəriət” olaraq da adlandırılır. Ona görə də siz ‘İslam maliyyəsi’ və ya ‘Şəriətə uyğun’ olaraq təyin olunmuş İslam maliyyə xidmətləri haqqında eşidə bilərsiniz.

banner

İslam maliyyəsi digər maliyyə növlərindən nə ilə fərqlənir?

İslam maliyyəsi, pulun özlüyündə bir dəyərinin olmamasının lazım olduğu inancına əsaslanır və o dəyəri olan məhsul və xidmətlərin mübadilə edilməsinin bir yoludur.

Pula bu cür yanaşma ilə əlaqəli olaraq, İslam maliyyəsində puldan pul qazanmaq qəti şəkildə qadağandır. Bu o deməkdir ki, mümkün istənilən halda faiz ödəmək, ya da alaraq faizlə məşğul olmaqdan çəkinmək lazımdır.

İslam maliyyəsinin əsasını təşkil edən başqa bir vacib prinsip, zərər verilməməsidir. Bu səbəbdən İslam maliyyə xidmətləri spirt, tütün və qumar kimi şeylərə sərmayə qoya bilməz.

İslam maliyyəsi həmçinin tərəfdaşlığı, ortaqlığı təşviq edir. Bu o deməkdir ki, mümkün olan yerdə həm mənfəət, həm də risklər paylaşılmalıdır. Bu iki şəxs arasında, bir şəxs və bir firma, ya da ki iki firma arasında ola bilər.

Hər kəs İslam maliyyələşdirmə məhsul və xidmətlərindən istifadə edə bilər – müsəlman olmaq məcburiyyəti yoxdur.

İslam maliyyəsi necə işləyir?

İngiltərədə bir sıra İslam maliyyələşdirmə məhsulları və xidmətləri mövcuddur.

Belə ki, şəriətə uyğun cari hesab xidmətində faiz verilmir. Bunun əvəzinə, pulunuza istənilən vaxt hazır giriş əldə etməyiniz müqabilində banka verdiyiniz həmin bu əmanət faizsiz kredit olaraq istifadə olunur. Bu borc yəni ‘qard’ olaraq adlanır.

Bir əmanət hesabı açacağınız təqdirdə isə, bank sizin depozitinizi investisiya edəcəkdir. Ancaq bunu şəriətin qadağan etdiyi sahələrə və icazə vermədiyi formada istifadə edə bilməz. (Belə ki, İslam banklarının ən önəmli risk amili məhz şəriətə uyğunluq hesab edilir. Ona görə də İslam bankları ya bank daxilində ya da xarici bir şikətdən şəriət məsələləri ilə üzrə mütəxəssis köməyi alır. )

Bank qazandığı mənfəətin bir hissəsini sizə ödəyəcək. Nəyə investisiya edildiyindən və qazancın necə əldə olunmasından asılı olaraq, buna ‘vəkalə‘ (bankın sizin vəkiliniz kimi çıxış etməsi) və ya ‘murabaha‘ (bir bankın mənfəət əldə etmək üçün əmtəə alıb satması) adı verilə bilər.

Bir ev almağa gəldikdə isə, ənənəvi ipotekaya bir neçə alternativ var.

Birinci halda bank istədiyiniz əmlakı birbaşa ala bilər. Sonra onu sizə qazancla satıb, hissə -hissə ödəməyinizə icazə verir. Buna ‘murabaha‘ müqaviləsi də deyilir (çünki əmlakı alıb sizə qazancla satır).

Və ya əmlakı ‘müşarakə‘ (ortaqlıq) müqaviləsi olaraq adlandırılan bir bir üsulla banla birlikdə satın ala bilərsiniz. Sonra zaman keçdikcə mülkdəki payına uyğun olaraq banka tədricən ödəniş edərsiniz.

Hər iki halda da bank, xərclərini qarşılamaq və qismən sahib olduqları bir evdə yaşadığınızı əks etdirmək üçün sizdən əlavə ödəniş alacaq.

İngiltərə Bankı İslam maliyyəsi ilə bağlı nə edir?

Bizim işimiz İngiltərənin maliyyə sistemini sabit saxlamaqdır. Bunun bir yolu, bankların bizdə depozit saxlamasına icazə verməkdir. Bu, hər kəsə bank xidməti göstərməyə davam edə bilmələri üçün onların stabil qalmalarına kömək edir.

Faiz ödədiyimiz üçün İslam banklarının bu hesablardan istifadə edə bilmədiklərini gördük. Beləliklə, faiz ödəməyən bu cür banklar üçün yeni bir hesab növü təşkil etdik. Bu o deməkdir ki, İngiltərədəki İslam bankları digər banklara verdiyimiz dəstəyin bir hissəsini istifadə edə biləcəkdir.

Qaynaq: What is Islamic finance?

Digər Kateqoriyalar

2023 © AzerVoice