Əsas səhifə » İslam kulinariyası və Avropa

İslam kulinariyası və Avropa

Hafiz Rufizoglu

Bakı,AzerVoice

Bu araşdırma İntibah dövründə müsəlmanların Avropa kulinariya sənətinə təsiri ilə bağlı yeni tədqiqatın nəticələrini əks etdirir
Araşdırmada Avropadakı aristokratik dairələrə necə daxil olduğuna dair sübutlar təqdim edərək, onun ədviyyatların istifadəsini və ticarətini necə formalaşdırdığına diqqət çəkir.
Eramızın V əsrində Roma İmperiyasının süqutu bəşər sivilizasiyasının inkişafını dayandırdı. Yalnız eramızın 7-ci əsrində tamamilə gözlənilməz bir ərazidə – Ərəbistan yarımadasında başqa bir sivilizasiya yarandı. Bu islam sivilizasiyası idi ki , daha sonra yarımadanın hüdudlarını aşaraq dünyaya yayılmağa başladı.

İslamın müxtəlif xalqlar tərəfindən qəbul edilməsi ilə,ərəblər əvvəllər onlara məlum olmayan bir sıra meyvə və tərəvəzlərlə qarşılaşdılar.

Müxtəlif məhsul və meyvə ağaclarının müxtəlif iqlimlərə köçürülməsi İslam Kənd Təsərrüfatı İnqilabını motivasiya edən əsas amilə çevrildi.

banner

Eramızdan əvvəl IV əsrdə yunanlar Hindistandan “ağaclardakı bal” haqqında məlumat vermişdilər. Bu məhsulun transplantasiyası problemini həll etmək, beləliklə də onu Misir, Suriya, Şimali Afrika və hətta İspaniya və Siciliyada becərmək üçün müsəlman aqronomlarının bacarıq və əzmkarlığı tələb olunurdu.
Kənd təsərrüfatı inqilab ticarət və səyahətləri inkişaf etdirdi, nəticədə insan təmasları, bilik və fikir mübadiləsi artdı.

Bütün bunlara paralel olaraq, müsəlman həkimlər əvvəllər məlum olmayan otların və ədviyyatların mövcudluğundan istifadə etməyə başladılar.Bu da öz növbəsində İslamda təbabətin inkişafına təkan verdi. Ayrıca müsəlman həkimlər saray kulinariyasının təkmilləşməsini də təmin etdilər.

Müsəlman həkimlərinin mühüm əsərlərindən bəziləri bunlardır:

Bütün bunlar İslam kulinariya sənətinin təsadüfi şəkildə inkişaf etmədiyini söyləməyə əsas verir. Əksinə, bu, hərtərəfli tibbi araşdırmalara və diyetisyenlərin məsləhətlərinə əsaslanan bir sənət idi.  Həkimlər yemək tərkibini seçir, onlar dequstasiya edilir və daha sonra aşpazlar tərəfindən hazırlanırdı.
Yeməklər müalicəvi xüsusiyyətlərə malik idi və xəstəliklərə qarşı müqavimət göstərmək və yaşlanma prosesini yavaşlatmaq üçün bədəni gücləndirərək profilaktik dərman kimi də sitifadə edilirdi. İslam kulinariyasının çeşidləri artdıqca yemək reseptləri kitab halına salındı.

Ən məşhur müsəlman kulinariya kitablarından bəziləri bunlardır:

İllər keçdikcə İslam sivilizasiyası daxilində ilk dəfə olaraq əvvəllər yalnız saraylarda mövcud olan yeməklərin hazırlanma metodunun bir hissəsi saray hüdudlarını aşdı. Buna baxmayaraq yenə də yeməklərrin bir qismi müalicə kimi istifadə olundu.

13-cü əsrdə müsəlman həkimlərinin kitabları və reseptlər toplusu Qərbdə həm hökmdarların, həm də kilsənin diqqətini çəkdi.  Ferrara, Salerno, Montpellier və Paris müsəlman tibb əsərlərinin öyrənilməsi üçün mərkəzə çevrilmişdi.

Avropanın hakim və aristokratik dairələrində müsəlman yeməklərinə və ədviyyatlara tələbat sürətlə artdı. Bununla belə, adi insanlar, xüsusən də Şimali Avropada, soğan, kələm alma və qara çörək , çox nadir hallarda isə ət və ya balıq tərkibli yemək yeyə bilirdilər.
Cənubi Avropada isə vəziyyət daha fərqli idi,burda yaşan xalqlar salatlar, geniş çeşiddə meyvə və tərəvəzlər, çüxtəlif yağlar, şirniyyat və pendirlərlə qidalana bilirdilər.

Avropanın aristokratiyası tərəvəzdən istifadəyə xor baxırdı və əsasən ət tərkibli yeməklərə qidalanırdılar. Nəticədə, onlar gut xəstəliyindən çox əziyyət çəkirdilər.  Şirniyyatların, mürəbbələrin və konservlərin gəlməsi başqa bir problem yaratdı ki, bu da qəbzlik idi.
Avropada İslam kulinariyasına düşkün olan və səfalı həyat keçirən monarxlarla yanaşı, dah az büdcü ilə kifayətlənən monarxlar da mövcud idi və bunlarda biri də  1496-cı ildə ərindən ayrılan və Danimarka, İsveç və Norveç kraliçası Kristina idi. Adı sadalanan ölkələrdə vəziyyət o qədər çətin idi ki, kilsənin təlimatı ilə əhaliyə davamlı oruc tutdurudular.
Tibb və mətbəxə aid ərəb əsərlərinin latın dilinə tərcüməsinin olması Avropada həm həkimlərin, həm də aşpazların varlanmasına səbəb oldu.
Sirr deyil ki , mətbəx əslində qüdrətlilər üçün öz zənginliklərini və təbəələrinə əhəmiyyətini göstərmək üçün bir vasitədir.
Avropalı aristokratların ənənəvi mətbəxi artıq İslam kulinariyası ilə əvəz olunurdu – salat və ya şorba. Daha sonra isə əllərin gül suyu ilə yuyulması zamanla Avropa aristokratiyasının yemək mədəniyyətinə keçdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice