Əsas səhifə » İŞİD terrorçularının etirafları ilə Fəllucədə kütləvi məzarlıq tapılıb

İŞİD terrorçularının etirafları ilə Fəllucədə kütləvi məzarlıq tapılıb

Yamin Savalanli

Bakı, AzerVoice

İraq Təhlükəsizlik Xidmətinin rəsmi sözçüsü Ərşad Əl-Həkim bildirib ki, Fəllucədə yerləşən Əl-Musalaha kütləvi məzarlığında həlak olanların qalan cəsədləri aşkar edilib.

AzerVoice xəbər verir ki, Əl-Həkim qeyd edib ki, kütləvi məzarlıq həbsdə olan İŞİD terrorçusu Əbu Hibanın etirafları nəticəsində aşkarlanıb.

İddia edilir ki, Əbu Hiba İŞİD-in nəzarəti altında olan Fəllucə bölgəsinin “təhlükəsizlik məmuru” vəsifəsində “çalışıb” və həbsdə olduğu müddət ərzində dindirmə nəticəsində Fəllucənin Əl-Musalaha qəbiristanlığında kütləvi məzarlığın yerini açıqlayıb.

banner

Qəbirdə təhlükəsizlik işçiləri və mülki şəxslərin cəsədləri olub. Kükləvi mərazlıqda olanların bəzilərinin şəxsiyyətləri təsbit edilib.”Tapılan qurbanların sayı Əbu Hibanın etirafları ilə üst-üstə düşür” – deyə Əl-Hakim bildirib.

Qalan qurbanların şəxsiyyətinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice