Əsas səhifə » İraqla ticarət əlaqələrimiz güclənir – Ömer Bolat

İraqla ticarət əlaqələrimiz güclənir – Ömer Bolat

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyə İraqla terrorla mübarizə və İnkişaf Yolu sahələrində ticarət və müqavilələr vasitəsilə əməkdaşlığı gücləndirir.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ömer Bolat deyib.

Aprel ayında 26 fərqli sahədə əməkdaşlıq müqaviləsi imzalayan İraq və Türkiyə oktyabrın 8-9-da İraqda görüşəcək. Nazir Bolat və 80 nəfərdən ibarət heyəti işgüzar görüşlər keçirəcək.

banner

Təmaslar zamanı Körfəzlə Avropanı birləşdirəcək İnkişaf Yolu Layihəsi ilə bağlı inkişafın da müzakirə edilməsi planlaşdırılır.

Türkiyənin Ovacık Sərhəd Qapısına qədər 1200 kilometr avtomobil yolu və 1200 kilometr dəmir yolu çəkilməsi planlaşdırılıb. Bu çərçivədə Bolat və onu müşayiət edən nümayəndə heyətinin burada tikinti işlərini müzakirə edəcəyi gözlənilir.

İnkişaf Yolu Layihəsi ticarət marşrutu üzrə digər layihələrə də qapı açacaq. Layihə marşrutu boyunca yeni rayonlar, kəndlər və qəsəbələr yaradılacaq. Bu yeni qəsəbələrlə həm təhlükəsizlik təmin olunacaq, həm də yolun istifadəyə yararlılığı artacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice