Əsas səhifə » İraqın şimalında iki terrorçu zərərsizləşdirilib

İraqın şimalında iki terrorçu zərərsizləşdirilib

Fərid Mikayilov

Bakı,VOA

Türkiyə Silahlı Qüvvələri (TSK) İraqın şimalında Pençe-Kilit əməliyyatı bölgəsində aşkarladıqları iki PKK terrorçusunu zərərsizləşdirib.

VOA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz qətiyyətli şəkildə davam edəcək”,- deyə nazirlikdən deyilib.

banner

Qeyd edək ki, keçdiyimiz günlərdə Türkiyənin Müdafiə Naziri Yaşar Güler Türkiyə Silahlı Qüvvələrinin istənilən vaxt əməliyyatlar apara biləcəyini həmçinin PKK-nın Suriyadakı pirat dövlət müəssisələrinin qarşısını alacaqlarını demişdir.

“Sərhəd təhlükəsizliyimizi təmin etdikdən sonra geri çəkilməyi düşünə bilərik”,- deyə nazir sonda vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice