Əsas səhifə » İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib

İraqın şimalında doqquz terrorçu zərərsizləşdirilib

Fərid Mikayilov

Bakı,VOA

İraqın şimalında “Pəncə-Kilit” əməliyyatı bölgəsində doqquz PKK terrorçusu zərərsizləşdirilib.

VOA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“Bütün terror yuvaları məhv ediləcək, bir şəhidin qanı belə yerdə qalmayacaq”,- deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, terrorun məhv edilməsinə əsaslanan proaktiv təhlükəsizlik strategiyası çərçivəsində 27 may 2019-cu il tarixindən etibarən türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək üçün Pəncə seriyası əməliyyatları başladılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice