Əsas səhifə » İraqda 7,5 milyon uşağın peyvənd edilə bilər

İraqda 7,5 milyon uşağın peyvənd edilə bilər

Azer Voice

Bakı,AzerVoice

Uşaqları qızılca, parotit və məxmərək yoluxucu xəstəliklərdən qorumaq üçün İraqın Səhiyyə Nazirliyi UNICEF və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə geniş milli peyvənd kampaniyasına başlayıb.AzerVoice xəbər verir ki, 25 aprel 2024-cü ildə başa çatacaq bu proqramın məqsədi 6-12 yaş arası 7,5 milyondan çox gənc uşağa və ibtidai məktəb şagirdlərini  peyvənd etməkdir.

İraqın Səhiyyə Naziri Saleh Əl-Həsnəvi UNICEF və ÜST-nin yaydığı birgə bəyanata görə, bu kampaniyanın vaxtının ən yoluxucu xəstəliklərdən biri olan qızılcanın yayılmasının dayandırılması üçün çox vacib olduğunu bildirib.

banner

Əl-Həsnəvi qeyd edib ki, İraqda uşaqları peyvənd etməklə Səhiyyə Nazirliyi UNICEF və ÜST ilə birgə səylərlə qızılca virusunun yayılmasını təhlükəsiz və effektiv şəkildə dayandıra və uşaqların həyatını bu ölümcül xəstəlikdən xilas edə bilər.

Digər Kateqoriyalar

2023 © AzerVoice