51
Bakı. AzerPress:
İraq Respublikası Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynni bugün Türkiyəyə rəsmi səfər edəcək.
AzerPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, XİN rəhbərini müdafiə naziri Sabit Əl Abbasi və digər yüksək səviyyəli nümayəndə heyəti müşayiət edəcək.
Səfər çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin ətraflı müzakirə olunması və cari regional məsələlərin müzakirəsi nəzərdə tutulur.