Əsas səhifə » İraq may ayında Pekinə birbaşa uçuşlara başlayacaq

İraq may ayında Pekinə birbaşa uçuşlara başlayacaq

Azer Voice

Bakı,AzerVoice

İraq may ayında Pekinə birbaşa uçuşlara başlayacaq,AzerVoice xəbər verir ki, bu haqda İraqın Nəqliyyat Nazirliyinin açıqlamasında deyilir.

 Məlumata əsasən, bir illik fasilədən sonra Bəsrə Beynəlxalq Hava Limanından Pekin Daxing Beynəlxalq Hava Limanına ilk birbaşa uçuş mayın 4-nə planlaşdırılır.

İraq Hava Yolları hər şənbə və çərşənbə axşamı İraqdan Çinə iki, hər bazar və çərşənbə günləri Pekindən Bağdada iki uçuş həyata keçirəcək.

banner

Nəqliyyat Nazirliyi İraq və Çin arasında uçuşlar həyata keçirmək üçün Boeing 787 Dreamliner təyyarəsindən istifadə edəcəyini bildirib.

İraq Hava Yolları hazırda Bağdaddan 50-dən çox istiqamətə uçuşlar həyata keçirir.

Digər Kateqoriyalar

2023 © AzerVoice