Əsas səhifə » İraq İŞİD terrorçusu Əbu Bəkr əl-Bağdadinin ailəsini sorğu-sual edir

İraq İŞİD terrorçusu Əbu Bəkr əl-Bağdadinin ailəsini sorğu-sual edir

Azer Voice

Bakı,AzerVoice

İslam Dövləti qruplaşmasının öldürülən lideri Əbu Bəkr əl-Bağdadinin ailəsi dindirilmək üçün İraqa gətirilib,AzerVoice xəbər verir ki, İraq Ali Məhkəməsinin rəsmi saytın aistinadən mılumat verir ki, Bağdad terrorçu Əbu Bəkr əl-Bağdadinin ailəsinin vətənə qaytarılmasını təmin edib. Sayı və adları açıqlanmayan ailə üzvlərinin Türkiyədən ekstradisiya edildiyi bildirilsə də rəsmi olaraq Ankara hələ ki, bu xəbəri təsdiqləməyib.

Qeyd edək ki ,Vaşinqton 2019-cu ilin oktyabrında ABŞ əsgərlərinin Bağdadini Suriyanın şimal-qərbində həyata keçirdiyi əməliyyatda öldürdüyünü açıqlayıb.

Məlumat üçün bildirək ki , bir neçə il ərzində İraq məhkəmələri terrorçu qrupa üzv olmaq üçün cinayət məcəlləsinə əsasən yüzlərlə ölüm hökmü və ömürlük həbs cəzası verib.

banner

İraqda mühakimə olunanlar arasında İŞİD-ə qoşulmaqda təqsirli bilinən 500-dən çox əcnəbi kişi və qadın var.

Digər Kateqoriyalar

2023 © AzerVoice