Əsas səhifə » İranlı hakerlər Harris və Tramp kampaniyalarını hədəf alır

İranlı hakerlər Harris və Tramp kampaniyalarını hədəf alır

Azer Voice

Bakı,AzerVoice

Google, İranın dəstəklədiyi hakerlərin ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris və onun Respublikaçı rəqibi Donald Trampın seçki kampaniyalarını hədəfə aldığını açıqlayıb.

Google-un elektron təhdidlərlə bağlı yaydığı hesabatda İran İnqilabı Keşikçiləri Korpusuna bağlı APT42 kimi tanınan haker qrupunun İsrail və ABŞ-da yüksək vəzifəli şəxslərə və təşkilatlara, o cümlədən hökumət rəsmiləri və seçki kampaniyalarına müdaxilə etməyə cəhd göstərdiyi bildirilib.

Hakerlərin bir çox üsulları olsa da, onlardan bəziləri qurbanı bubi tələyə salınmış linki tıklamağa və ya real veb səhifənin dəqiq surətinə daxil olmağa məcbur edən “sosial mühəndislik” üsullarını seçirlər.
Google, APT42-nin 2020-ci ildə Bayden və Trump kampaniyalarını sındırmaq cəhdlərinin qarşısını aldığını bildirdi.

banner

Məlumata görə, İran haker qrupunun bu ilin may və iyun aylarında hədəflər siyahısına Bayden və ya Trampa yaxın olan on nəfərə yaxın şəxsi e-poçt hesablarını sındırmaq cəhdləri olub, lakin Google onların qarşısını alıb.
Google həmçinin bildirib ki, qrup nüfuzlu siyasi məsləhətçinin şəxsi Gmail hesabını sındırıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice