Əsas səhifə » İranda Süleymaninin məzarı yaxınlığında ardıcıl partlayışlar – 73 ölü

İranda Süleymaninin məzarı yaxınlığında ardıcıl partlayışlar – 73 ölü

Laman Asadli

Bakı. AzerPress:

İranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə baş verən partlayışlar zamanı ölənlərin sayı artmaqdadır.

AzerPress xəbər verir ki, hadisə nəticəsində indiyədək azı 73 nəfərin öldüyü, 171 nəfərin yaralandığı bildirilib.

xxx

banner

16:54

İranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə baş verən partlayışlar zamanı ölənlərin sayı artıb.

AzerPress xəbər verir ki, hadisə nəticəsində indiyədək azı 53 nəfərin öldüyü, 71 nəfərin yaralandığı bildirilib.

xxx

16:16

Bu gün İranın cənub-şərqində Kirman vilayətində iranlı general Qasim Süleymaninin ildönümü ilə əlaqədar keçirilən yürüşdə 2 ardıcıl partlayış baş verib.

AzerPress-in məlumatına görə, Süleymaninin məzarı yaxınlığında baş verən partlayışlarda indiyədək azı 20 nəfərin öldüyü, 50 nəfərin yaralandığı təsdiqlənib.

İranın Kirman vilayəti valiliyi baş verən partlayışları terror aktı adlandırıb.

Qeyd edilb ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda iki bomba partladılıb.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ-nin hücumu nəticəsində İraqda ödürülüb.

Digər Kateqoriyalar

2023 © AzerVoice