Əsas səhifə » İranda 34 qadın məhbus aclıq aksiyasına başlayıb

İranda 34 qadın məhbus aclıq aksiyasına başlayıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

İranda Məhsa Əmini adlı gənc qadının polis idarəsində öldürülməsinin ikinci ildönümündə etiraz olaraq 34 qadın məhbus aclıq aksiyasına başlayıb.

AzerVoice xəbər verir ki, bu haqda Nobel Sülh Mükafatlı fəal Nərgiz Muhammədinin qurduğu “Nergis Muhammedi Fondu” X hesabında açıqlama verib.

Açıqlamada, həbsxanasındaki məhbus qadınların etirazçılarla həmrəy olduqları bildirilib.

banner

KİV-nin verdiyi məlumata görə İran hakimiyyət orqanları Məhsa Əmininin valideynlərinə qarşı müvəqqəti ev dustaqlığı tətbiq edib. Verilən məlumatda təlimatı pozacaqları təqdirdə həbs ediləcəkləri barədə xəbərdarlıq aldıqları da bildirilib.

Qeyd edək ki, Məhsa Əmini 2022-ci ildə İran polisi tərəfindən həbs edilmişdi. Həbs edildikdən bir neçə gün sonra komaya düşən Məhsa xəstəxanada vəfat etmişdir. Məhsanın polis tərəfindən döyüldüyü iddiaları İranda kütləvi etirazların başlamasına səbəb olmuşdu.

Digər Kateqoriyalar

2023 © AzerVoice