Əsas səhifə » İran Türkiyə üçün əhəmiyyətli təbii qaz tədarükçüsüdür – Alparslan Bayraktar

İran Türkiyə üçün əhəmiyyətli təbii qaz tədarükçüsüdür – Alparslan Bayraktar

Fərid Mikayilov

Bakı, AzerVoice

İran Türkiyə üçün əhəmiyyətli təbii qaz tədarükçüsüdür.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.
O, ikitərəfli əlaqələri müzakirə etmək üçün Tehranda İranın neft naziri Cavad Ovci və energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

“Gələcək dövrdə bu gün başladığımız danışıqları tez bir zamanda yekunlaşdırıb, təbii qaz tədarükü müqaviləmizi daha da irəli aparmaq üçün addımlar atacağıq” deyə o vurğulayıb.

banner

Qeyd edək ki, Türkiyə və İran ticarət həcmini 30 milyard dollara çatdırmağı hədəfləyir.

Digər Kateqoriyalar

2023 © AzerVoice