Əsas səhifə » İran BMT-yə çağırış etdi

İran BMT-yə çağırış etdi

Tasnim İsmixan

Bakı. AzerVoice:

İran xarici işlər naziri Hüseyn Əmir Abdollahian ilə BMT-nin baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

AzerVoice-nin məlumatına görə, telefon danışığı zamanı Əmir Abdollahian Quterreş ilə Dəməşqdəki İran konsulluğuna hücumu müzakirə edib.

Nazirin “X” sosial media platformasındakı paylaşımında qeyd edilir ki, İran BMT Təhlükəsizlik Şurasından terror hücumuna uyğun və aydın cavab tələb etdiyini, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasının məsuliyyətinin BMT Təhlükəsizlik Şurasının üzərinə düşdüyünü vurğulayıb.

banner

Xatırladaq ki, aprelin 1-də İsrail Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunu bombalayıb və nəticədə çox sayıda diplomat həlak olub. SEPAH-ın Suriya və Livan üzrə yüksək rütbəli komandiri və onun müavini hücum nəticəsində öldürülüb.

Təsnim Rufizqızı

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice