Əsas səhifə » İrəvan Azərbaycanın sülh sazişi üzrə sonuncu təkliflər paketini cavablandıracaq

İrəvan Azərbaycanın sülh sazişi üzrə sonuncu təkliflər paketini cavablandıracaq

Azer Voice
Səudiyyə Ərəbistanı və Ermənistan diplomatik əlaqələr üçün “yol xəritəsi” hazırlayacaqlar -Mirzozyan

Bakı. AzerPress:

İrəvan Azərbaycanın sülh sazişi üzrə göndərdiyi sonuncu təkliflər paketinə cavab verəcək.

AzerPress erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla birgə brifinqdə deyib.

banner

Erməni nazirin sözlərinə görə, İrəvan bu prosesin uğurlu olacağına inanır.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycan tərəfinin Ermənistana növbəti təkliflər paketini göndərdiyini bildirib.

“Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, – deyə nazir bildirib.

Ermənistan Xarici İşlər Nazirliyi də öz növbəsində Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqləyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice