Əsas səhifə » İnsanın orta ömrü 160 ilə qədər arta bilər

İnsanın orta ömrü 160 ilə qədər arta bilər

Narmin Ağayeva

Bakı, AzerVoice

İnsan hüceyrələrində protein istehsalını tənzimləyən OTUD6 adlı zülalın xərçəng və yaşlanmaya əhəmiyyətli təsir göstərə biləcəyi müəyyən edilib.

AzerVoice xəbər verir ki, bu barədə ABŞ-ın UC Merced Universitetinin tədqiqatçıları araşdırma aparıb.

Araşdırmalar nəticəsində OTUD6 mutasiyasına malik milçəklərin adi milçəklərdən iki dəfə daha çox yaşadığı məlum olub.

Araşdırmada milçəklər model orqanizm kimi istifadə olunub, çünki onların genetik quruluşu asanlıqla dəyişdirilə bilir və tez çoxalırlar. Tədqiqatçılar OTUD6 zülalının hüceyrələrdə protein istehsalını 50% azaltdığını müəyyən ediblər. UC Merced Universitetindən professor Fred Wolf həmçinin, bu mexanizmin ömrün uzadılmasına və xərçəngin inkişafına qarşı potensial təsirlərinin olduğunu qeyd edir.

banner

OTUD6 zülalının xərçəng hüceyrələrinin böyüməsinə təsiri də hazırda araşdırılır, çünki bu zülalın bəzi növləri xərçəng xəstəsi olan insanlarda yüksək səviyyədə tapılıb. Bununla belə, tədqiqatçılar bu istiqamətdə hələ birbaşa dəlil tapmadıqlarını vurğulayırlar.

Bu kəşf, hüceyrələrin zülal istehsalını tənzimləmənin yeni bir yolunu təklif edir. Belə ki, əgər tədqiqatın nəticələri insanlar üzərində təsdiq olunarsa, insan ömrü 80 ildən 160 ilə qədər arta bilər.

Digər Kateqoriyalar

2023 © AzerVoice