Əsas səhifə » İnkişaf Yolu Layihəsi Şərqlə Avropanı birləşdirəcək

İnkişaf Yolu Layihəsi Şərqlə Avropanı birləşdirəcək

Hafiz Rufizoglu
Bu gün İraqdakı siyasi şiə pruplara nəzər salındıqda onların vahid bir mərkəzdən idarə olunduğu düşünülsə də bu heç də belə deyil. Əslində onlar bəzən bir-biri ilə yarışan, bəzən də toqquşan üç qüvvədən ibarətdir:

Bakı. AzerVoice:

İnkişaf Yolu Layihəsi İraq və Türkiyə vasitəsilə Şərqlə Avropanı birləşdirəcək.

AzerVoice xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd Şia Əl-Sudani deyib.

O, İraqın Şərq və Qərb arasında tarixi bir ticarət yolu kimi missiyasının İnkişaf Yolu Layihəsi ilə yenidən canlandırılacağını ifadə edib.

banner

İraq lideri son zamanlar Türkiyə-İraq əlaqələrində gündəmə gələn İnkişaf Yolu Layihəsi və onun regional təsirlərindən, iki ölkənin terror təşkilatı PKK ilə mübarizədə ortaq baxışından danışıb.

O, lazımi diqqəti görməyən, lakin böyük potensial vəd edən İraqın təbii qaz sərvətləri ilə bağlı planları, türk şirkətlərinin rolu, ikitərəfli ticarətin artırılması səyləri, İraq neftinin Türkiyə vasitəsilə dünya bazarlarına çıxması kimi məsələləri dəyərləndirib.

“Bu bölgə münaqişə və gərginlik səbəbindən dalğalanmalar yaşayır. Bu, ümumi maraqları və faydaları əhatə edəcək layihələrə diqqət yetirmək üçün səy göstərməyi tələb edir. Bu ilin sonunda biz Faw Limanının ilk doklarını açacağıq və İnkişaf Yolu dəhlizi ilə ilk məhsul axını başlayacaq. Bütün iqtisadi göstəricilər və texniki-iqtisadi əsaslandırmalar göstərir ki, bu dəhliz mövcud marşrutlar arasında ən sərfəli və sürətli dəhlizdir.” – deyə Sudani bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice