Əsas səhifə » İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək

İmran Xan Pakistanda parlament seçkilərində namizədliyini irəli sürə bilməyəcək

Tasnim İsmixan

Bakı. AzerPress:

Pakistanın keçmiş baş naziri İmran Xan ölkədə fevralın 8-də keçiriləcək parlament seçkilərində iştirak edə bilməyəcək.

AzerPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi İmran Xanın vəkilinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan məhkəməsi İmran Xanın siyasi fəaliyyətdən kənarlaşdırılması barədə qərardan apellyasiya şikayətini təmin etməyib.

banner

Xatırladaq ki, İmran Xana qarşı ümumilikdə 150-dən çox məhkəmə işi açılıb. Bir qədər əvvəl keçmiş baş nazirin məhkəməsi siyasətçinin saxlanıldığı həbsxanada keçirilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice