Əsas səhifə » İman və etiqad arasında fərq nədir?

İman və etiqad arasında fərq nədir?

Laman Asadli

Bakı,AzerVoice

İslamda tez- tez verilən suallardan biri də , “İman və etiqad arasında fərq nədir?“ sualıdır. Bu iki qavram arasında fərq varmı, varsa bu fərq nədir? Etiqad “ƏQİDƏ” sözündən alınamdır və çox vaxt “İMAN” sözü ilə sinonim olaraq işlənir. Etiqa sözünün mənası isə, “Düyün bağlamaq, bir şeyə ürəkdən inanmaq, onu ürəkdən qucaqlamaq” mənasındadır.

Etiqadın lüğət mənası dini bir termin olaraq belədir:

a) Allahın insanların iman etməsini istədiyi şeylərə bağlanmaq,

banner

b) Allahdan iman etmək tələb olunana bilərəkdən inanmaq və təslim olmaq,

c) Etiqad edilməsi istənilən prinsipləri əqli və ürəkdən təsdiqləmək mənasında işlənir.

Lüğəti anlamda “əmin amanlıqda olmaq” mənasını verən aman (aman) kökündən əmələ gələn iman “təsdiq etmək, güvən hissi ilə inanmaq” mənasını verir.
Xülasə etmək üçün:

Etiqad, bir insanın hər hansı bir mövzuda təsdiqini ifadə edir. O, verilən xəbərə və ya ağıldakı təsdiqə əsaslanır. Bu doğru və ya yalan ola bilər.

İMAN isə sahibinin qəti şəkildə inandığı, bəyəndiyi və tabe olduğu bir inancdır. Etiqad kimi, yalnız biliyə əsaslanan rəydən daha çox sarsılmaz bir iman deməkdir.

Buna görə də iman etiqaddan daha genişdir və həm əməldə, həm də şifahi şəkildə təzahür edir.

Hər İMAN etiqaddır, lakin hər etiqad doğru İMAN deyil.

Digər Kateqoriyalar

2023 © AzerVoice