Əsas səhifə » İlk müsəlman cəmiyyətinin strukturu necə idi?

İlk müsəlman cəmiyyətinin strukturu necə idi?

Hafiz Rufizoglu

Bakı,AzerVoice

İlk müsəlman cəmiyyəti dünyanın daha yaxşı ola bilə- cəyinə inanacaq dərəcədə nikbin idi. Onlar həyat tərzlərini Quranın ayələri və həzrət Məhəmmədin nümunəvi davranışı əsasında dəyişdirmişdilər. Həyatlarının hər sahəsində islami dəyərləri əsas götürmüşdülər.

Quran təbiət ilə harmoniya halında işləməyin əhəmiyyətini dəfələrlə vurğulayır. İslam mütəxəssisi Seyyid Hü- seyn Nəsr İslamda “insan ilə təbiət arasında ayrılmaz bir bağ” olduğunu qeyd edir.

Allah Quranda buyurur ki, “Həqiqətən də yer üzündə gözəl nə varsa hamısını, hansının daha yaxşı davrandığını göstərmək və insanları sınaqdan keçirmək üçün bir vasitə etdik”. Bu “sınaqlardan biri, şübhəsiz ki, insanların bu xariqüladə dünyaya qarşı necə rəftar etdikləridir”. Bir digər ayədə necə rəftar edilməsinin vacibliyinə işarə edilir. “Rəhmanın bəndələri yer üzündə təvazökarlıqla gəzirlər”.

banner

İslam tərki-dünyalığı deyil, dünya nemətlərindən istifadə etməyi vurğulayır. Quran bu fikrin əksini düşünənlərə xəbərdarlıq edir. “Allahın bəndələri üçün yaratdığı zinət və təmiz ruziləri haram elan edən kimdir?” Hətta Quranın müsəlmanlardan istəyi odur ki, verilən müxtəlif nemətlərin, çiçəklərin, meyvələrin, gecə ilə gündüzün, fəsillər arasındakı harmoniyanın və təbiətdəki digər mö- cüzələrin dəyərini dərk etsinlər.

Seyyid Hüseyn Nəsr “təbiətdəki möhtəşəmliyin” də Allahın “ayə”ləri arasında olduğunu Qurana istinadən xatırladır. “İslam insan və təbiətin bir-birindən tamamən ayrı hesab edilməsini rədd edərək kainata bir vəhdət olaraq baxmağı təklif etmişdir”. Nəsr “yalnız eqosentrik düşüncə ilə yaşayan”lara üz tutur və təbiətə nəvazişlə yanaşmaq yerinə, ona hakim olmaq istəyənləri tənqid edir. Çünki təbiətə hakim olmaq istəyən eqosentrik düşüncə onun məhv edilməsində də pay sahibidir.

İslam insanlara çox yüksək bir status da verir. İslama görə, insan nə günah içində dünyaya düşmüş bir varlıq, nə də uca və məsuliyyətsiz bir canlıdır. Bəli, insan nə əbədi reenkarnasiya dövriyyəsinə məhkum olmuş şüur sahibi, nə kütlə arasında itib-batmış və heç olmağa məhkum olan biri, nə də ki, həyatı əbəs və mənasız olan bir canlıdır. Quran bütün mürəkkəb quruluş və xarakteri ilə insan varlığının bir möcüzə olduğunu söyləyir.

Allah bütün bəşəriyyəti uca bir varlıq kimi yaratmışdır. Quran bu uca yaradılış prosesini belə ifadə edir. “Biz Adəm övladını əziz və şərəfli etdik”. Başqa bir ayədə isə deyilir ki, “Biz insanı ən gözəl şəkildə yaratdıq”. Şəbbir Əxtarın da qeyd etdiyi kimi, İslamda “bəşəriyyətin tarixi dastanı insanın alçalması” ilə deyil, ucalması ilə başlayır”. Rəbbin mələklərə “mən yer üzündə bir xəlifə yaradacağam’”, – demişdi. Mələklər: “orada xaos yaradan və qan tökən birinimi yaradacaqsan? Halbuki biz Səni mədh edərək ucaldırıq və Səni təqdis edirik”, – dedilər. Allah: “şübhəsiz, mən sizin bilmədiklərinizi bilirəm”, – dedi.

İslamın məğzi insanın həqiqi keyfiyyət və istedadının aşkar edilməsinə yönəlmişdir. Quran insanın dəyərli bir varlıq olduğunu və başqa heç bir canlının sahib olmadığı bir lütfün ona bəxş edildiyini dəfələrlə vurğulayır. Bu lütf ağıl üstünlüyü, yaradıcı düşüncə, mühakimə etmə və bunu açıq şəkildə ifadə edə bilmə qabiliyyətidir.

Peyğəmbər bu lütflərin hamısına və Qurandakı digər təlim və dəyərlərə nümunə olmuşdur. Onun liderliyi ilə Quran sarsılmaz bir vəhdət yaradır. İlk vəhydən etibarən onun bütün həyatı İslama uyğun olaraq cəmiyyətə rəhbərlik etməyə həsr olunmuşdur. Xocsona görə, həzrət Məhəmməd “dəbdəbədən uzaq, çox sadə və mütəvazi bir həyat sürmüşdür. Demək olar ki, hamıya qapısı açıq, səmimi və gülərüz bir insan idi”.

Digər Kateqoriyalar

2023 © AzerVoice