Əsas səhifə » İlin əvvəlindən Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı 15 milyon dollara çatıb (ÖZƏL)

İlin əvvəlindən Türkiyənin Türkmənistana hazır geyim məhsulları ixracı 15 milyon dollara çatıb (ÖZƏL)

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,3 faiz azaldaraq 15 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Türkmənistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 40,4 faiz azaldaraq 1,6 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice