Əsas səhifə » İlin əvvəlindən Türkiyənin Rusiyaya sement ixracı 83 milyon dolları ötüb (ÖZƏL)

İlin əvvəlindən Türkiyənin Rusiyaya sement ixracı 83 milyon dolları ötüb (ÖZƏL)

Aytac Suleymanova

Bakı. TurkicWorld:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiyaya sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 faiz artıraraq 83,9 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Rusiyaya sement ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 10,2 faiz azaldaraq 8,7 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.

Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice