Əsas səhifə » İlin əvvəlindən Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

İlin əvvəlindən Türkiyənin Özbəkistana kimyəvi maddə ixracının həcmi açıqlanıb (ÖZƏL)

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Özbəkistana kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artıraraq 325,6 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Özbəkistana kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz azaldaraq 35,8 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice