54
Bakı, AzerPress:
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz azalaraq, 17,8 milyard dollara bərabər olub.
Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 12,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 19,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.