69
Bakı, AzerPress:
2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 31,8 milyard dollara bərabər olub.
Bu barədə AzerPress-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə 3,2 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 10,4 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (noyabr 2022- noyabr 2023) Türkiyə 35 milyard dollar məbləğində avtomobil sanayesi məhsulları ixrac edib.