Əsas səhifə » İlin əvvəlindən Türkiyə İrana polad məhsulları ixracını artırıb (ÖZƏL)

İlin əvvəlindən Türkiyə İrana polad məhsulları ixracını artırıb (ÖZƏL)

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında İrana polad məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artıraraq 51,3 milyon dollara çatdırıb.

Bu barədə AzerPress-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə İrana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 22 faiz artıraraq 5,3 milyon dollara çatdırıb.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 31,2 faiz azalaraq, 13,5 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 11,6 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice