Əsas səhifə » İlin əvvəlindən Astana müəssisələrinin kapitalına investisiyalar 960 milyard təngəyə çatıb

İlin əvvəlindən Astana müəssisələrinin kapitalına investisiyalar 960 milyard təngəyə çatıb

admin

Bakı, AzerPress:

2023-cü ilin yanvar-sentyabr aylarında Astana müəssisələrinin kapitalına investisiyalar 959,2 milyard təngəyə çatıb.

AzerPress xəbər verir ki, bu barədə Qazaxıstanın investisiyalar və sahibkarlığın inkişafı departamentinin rəhbəri Temirlan Keldibayev bildirib.

“İlin əvvəlindən kapital qoyuluşları 5,3% artaraq 959,2 milyard təngəyə çatıb. Astana mənzil tikintisi və qeyri-resurs sektoruna investisiyalarda liderlik edir və ümumi əsas investisiyalarda üçüncü yerdədir”, – deyə o əlavə edib.

banner

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Qazaxıstanda 793,7 milyon birbaşa xarici investisiya yatırılıb ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 79 faiz çoxdur.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice