Əsas səhifə » İldırım Bəyazid dəmir qəfəsə salınıb mı?

İldırım Bəyazid dəmir qəfəsə salınıb mı?

Laman Asadli

Bakı, AzerPress:

İldırım Bəyazid əsir düşəndə ​​əvvəlcə Teymur tərəfindən yaxşı qarşılandı. Lakin oğlu Çələbi Mehmed onu qaçırmağa cəhd etdikdən sonra təhlükəsizlik tədbirləri gücləndirilib və İldırım dəmir qəfəsə salınıb. Dəmir qəfəs məsələsi tarixçilər arasında mübahisə mövzusu olub. Bu məsələnin müzakirəyə çıxarılmasına səbəb dövrün Teymuri, Osmanlı və ərəb tarixçilərinin verdikləri məlumatlar arasındakı fərqlərdir.

Bəzi tarixçilər iddia edirlər ki, bu dəmir qəfəs yox, kəcavə idi. Hətta Osmanlı dövründə yazılan tarix kitablarında da (Məsələn: Hoca Saadəddin, Tacü’t-Tevârih) müəlliflər sultanın düşdüyü alçaldıcı halı ört-basdır etmək üçün iki at üzərində dəmir qəfəsə bənzər bir kəcavəyə qoyulduğunu bildirirlər. Lakin Fuad Köprülünün araşdırmaları nəticəsində kəcavə deyilən bir şeyin olmadığı və İldırım Bəyazidin dəmir qəfəsə salındığı məlum oldu.

Silsilə xəbərlər

banner

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice