Əsas səhifə » II. Murad niyə taxtdan getdi?

II. Murad niyə taxtdan getdi?

Orkhan Qadirzade

Bakı, AzerVoice

II. Muradın həyatı haqqında yazan səlnaməçilər onun xaraktercə mülayim biri olduğunu bildirmişdilər.Ancaq həyatına baxdığımızda  hakimiyyət illərinin böyük bir qismini müharibələrdə keçirdiyini görə bilərik. Divân-ı Hümâyûnda fəth tərafdarı paşaların çoxluğu da edilən yürüyüşlərə ciddi təsir etmişdi .

İlk zamanlar aparılan müharibələr Osmanlının xeyrinə nəticələnirdi.1440-cı ilə qədər Serbiya və Vallachia uğrunda Macarıstanla aparılan müharibələr Osmanlının qələbəsi ilə nəticələnmişdi. Lakin 1440-cı ildə Belqrad mühasirəsindəki uğursuzluğun  ardınca məğlubiyyətlər bir-birini izləməyə başladı. Səliblər ard-arda qələbə qazanaraq Hunyadinin rəhbərliyi altında Ədirnəni təhdid edəcək həddə gəldi.

II. Murad işğalçı ordusunu ancaq 24 noyabr 1443-cü ildə Zlatica döyüşü ilə dayandıra bildi. Uzunmüddətli müharibələrdən dolayı ordu yorulmuşdu. Vəziyyətin getdikcə ağırlaşdığını görən sultan bu tarixdən etibarən siyasətdə sülh yolunu tutmağa başladı.

banner

Böyük oğlu II Əlaəddinin ölümü ilə onsuzda hakimiyyətdən bezən Murad hakimiyyətdən getmə haqqında düşünməyə başlamışdı . Yeniçərilərlə türk bəyləri arasında hakimiyyət uğrunda gedən mübarizə də hökmdarı yorurdu. Şərab içdiyi haqqında yayılan şayiələr də sultana qarşı ictimai tənqidi artırırdı.

Ömrünün son illərini müharibədən uzaq ibadətlə keçirmək istəyən sultan Murad yeganə oğlu Mehmedin hakimiyyətini təmin etmək üçün Karaman bəyliyi ilə həmçinin Balkanlardakı dövlətlərlə sülh bağladı. Sözügedən dövlətlərə bəzi ərazi güzəştləri edərək taxt-tacı 12 yaşlı oğluna buraxdı. Həyatını ibadətə həsr etmək üçün Manisaya çəkildi.

Digər Kateqoriyalar

2023 © AzerVoice