Əsas səhifə » İƏT noyabrın 12-də İsrailin Qəzza zolağına hücumlarını müzakirə etmək üçün fövqəladə iclas keçirəcək

İƏT noyabrın 12-də İsrailin Qəzza zolağına hücumlarını müzakirə etmək üçün fövqəladə iclas keçirəcək

Aytac Suleymanova

Bakı. AzerPress:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) noyabrın 12-də İsrailin blokadada olan Qəzza zolağına hücumlarını müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.

AzerPress-in məlumatına görə, İsrailin Qəzzaya hücumlarını davam etdirməsi və fələstinli dinc sakinləri qətlə yetirməsinin ardından İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantı keçirmək qərarına gəlib.

İƏT-dən verilən yazılı açıqlamada bildirilib ki, İsrailin Fələstin xalqına qarşı hücumlarını müzakirə etmək üçün İslam ölkələrinin zirvə toplantısı keçiriləcək.

banner

“Fövqəladə sammit bazar günü, noyabrın 12-də Səudiyyə Ərəbistanının hazırkı prezidenti Salman bin Əbdüləziz əs-Səudun çağırışı ilə Ər-Riyadda keçiriləcək”,- deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 488-ə çatıb, 32 min nəfər yaralanıb.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice