104
Bakı. AzerPress:
İdmanda zorakılıq haqqında qanunla cəzalardan yayınmağın qarşısını almağı hədəfləyirik.
AzerPress xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib.
Türkiyəli nazir onu da vurğulayıb ki, artıq bununla bağlı istintaq başladılıb.
Məlumat üçün bildirək ki, 11 dekabr tarixində MKE Ankaragücü – Çaykur Rizespor futbol matçının baş hakimi Halil Umit Melere hücum edilib.
Hücum nəticəsində hakim xəsarət alıb.