Əsas səhifə » “İDEA Heyvan Baxım Evinə ekskursiya” təşkil edilib

“İDEA Heyvan Baxım Evinə ekskursiya” təşkil edilib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7-14 avqust aralığında “Gənclər həftəsi” keçirilib.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən məlumat verilib.

Həftə çərçivəsində 14 avqust tarixində gənclərlə birgə “İDEA” Heyvan Baxım Mərkəzinə ekskursiya edilib. Ekskursiya zamanı bir qrup gənc heyvanların dünyasını yaxından tanıyıb, onların hekayəsini öyrənmiş və onlara necə yardım etmək lazım olduğu haqqında məlumatlar əldə ediblər.

banner

Qeyd edək ki, GMD tərəfindən keçirilən “Gənclər həftəsi” layihəsi 2023-cü ildə də baş tutub. “Gənclər həftəsi” layihəsində iştirak edən edən gənclər, birlikdə həm əylənib, həm də inkişaf ediblər. 

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice