Əsas səhifə » İbrahim Kalın Somali prezidenti ilə görüşüb

İbrahim Kalın Somali prezidenti ilə görüşüb

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın Somali prezidenti Həsən Şeyh Mahmud ilə görüşüb.

AzerVoice xəbər verir ki, İbrahim Kalın Moqadişuya səfər edib.

Kalın, Somali Prezidentliyində Somali Prezidenti Mahmud və Milli Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin (NISA) sədri Abdullahi Mohamed Əli ilə görüşüb.

banner

Görüşdə təhlükəsizlik və kəşfiyyat sahələrində Əl-Şəbab terror təşkilatı ilə mübarizə səyləri müzakirə edilib.

Türkiyə ilə Somali arasında regional sabitliyin yaxşılaşdırılması və strateji əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Somali prezidenti Mahmud görüş zamanı vurğulayıb ki, Somali hökuməti iki ölkə arasında təhlükəsizlik məsələlərində, xüsusilə də terrorizmlə mübarizədə əməkdaşlığa üstünlük verir.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice