Əsas səhifə » İbrahim Kalın HƏMAS lideri ilə Qəzzadakı hadisələri müzakirə edib

İbrahim Kalın HƏMAS lideri ilə Qəzzadakı hadisələri müzakirə edib

Hafiz Rufizoglu

Bakı, VOA

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın HƏMAS Siyasi Bürosunun sədri İsmail Haniyə ilə görüşüb.

VOA xəbər verir ki, tərəflər arasında Qəzzadakı atəşkəs danışıqlarının son mərhələsi, daimi atəşkəsin təmin edilməsi üçün atılacaq addımlar, girovların dəyişdirilməsi və humanitar yardımların çatdırılması müzakirə edilib.

Kalın əlavə olaraq, İsrailin hücumunda həyatını itirən Haniyənin bacısı və Fələstin xalqı üçün başsağlığı verib və Türkiyənin Fələstin xalqının yanında olmağa davam edəcəyini bildirib.

banner

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice