Əsas səhifə » İbn Battuta İskəndəriyyə mayakı necə təsvir etdi ?

İbn Battuta İskəndəriyyə mayakı necə təsvir etdi ?

Azer Voice

Bakı,AzerVoice

Səyahət insanı heyran edir, sonra da nağılbaza çevirir” – İbn Bəttuta. İslam dünyasının ən məşhur səyyahı İbn Battuta müasir tarixə qədərki bütün digər tədqiqatçılardan daha çox səyahət etmişdir. Bu məsafə təxminən 117.000 km-ə bərabərdir.
İbn Battuta 1304-cü ildə Mərakeşin Tangier şəhərində anadan olmuşdur. Onun “Rihla” (Yolçuluq) səyahətnaməsi ən mühüm əsəridir. O “Rihla” əsərində səyahət etdiyi 30 il ərzində müşahidələrini qeyd edib və demək olar ki, bütün tanınmış İslam dünyasını və ətraf ölkələri gəzib.
İbn Battuta 50.000 km (31.000 mil) ilə Zheng He adlı səyahətçini və 24.000 km ilə Marko Polonu geridə qoyaraq, müasir tarixdən əvvəlki bütün digər səyahətçilərdən daha çox səyahət edib. Onun qət etdiyi ümumi məsafə təxminən 117.000 km (73.000 mil) (15.000 mil) idi.

AzerVoice oxucularına məşhur səyahətçi İbn Battutanın “Rihla” kitabının qıssa tərcüməsinini silsilə şəkildə təqdim edir.

İbn Battutanın ilk səfəri hara oldu ?

İbn Battuta İskəndəriyyə mayakını necə təsvir etdi?
Nəhayət, cümə gününün əvvəlində İsgəndəriyyə şəhərinə çatdıq. Bu, çox gözəl və təhlükəsiz  bir liman idi.Eyni zamanda da şəhər də olduqca ecazkar şəhər idiş nə axtarırsınızsa, onu burada tapa bilərsiniz. Orada din və dünya ilə bağlı hər şey var idi. İsgəndəriyyə şəhəri parıltısı ilə göz qamaşdıran zümrüdü, başdan ayağa bəzənmiş bakirə qızı xatırladırdı.

Şərqlə qərbin düz ortasında yerləşdiyi üçün inanılmaz gözəlliklərə sahib idi bu şəhər. Burada insanların diqqətini cəlb edən qəribə hadisələr baş verirdi. İsgəndəriyyənin gözəl keyfiyyətləri, maraqlı hekayətləri və görkəmli şəxsiyyətləri haqqında çoxlu kitablar yazılsa da, Əbu Ubəydin “Kitabü’l-Məsalik” əsəri məzmun baxımından bu sahədə qeyd olunmağa dəyər ən yaxşı əsərdir.

banner

İsgəndəriyyə qapıları və limanı

İsgəndəriyyə şəhərinin dörd qapısı var; Onlar Babü’s-Sidrə, Babü’r-Rəşid, Babü’l-Bəhr və Babü’l-Əhdar kimi tanınırlar. Qərbə çıxış Babü’s-Sidrədəndir. Babü’l-Əhdər yalnız cümə günləri açılır və insanlar oradan qəbir ziyarətinə gedirlər.
İsgəndəriyyə limanı olduqca nəhəngdir. Hindistanın Kavlam və Calicut limanları, Türk ellərinin Kirem [=Krım] bölgəsindəki  Surdak limanı və Çinin Zeytun limanı istisna olmaqla İsgəndəriyyə limanına oxşar onun kimi  nəhəng liman görmədim.

İsgəndəriyyə mayakı

İlk səfərimdə mayakla tanış oldum və bir tərəfinin xarab olduğunu gördüm. Mayak səmaya uzanan nəhəng kvadrat formalı bina idi. Onun darvazası yerdən kifayət qədər hündürdür və onunla üzbəüz eyni səviyyədə başqa bir tikili var. Mayakın qapısına keçmək üçün iki tikili arasında taxta körpülər uzadılıb. Bunlar çıxarıldıqda qapıya çatmaq olmur. Girişdə mayak gözətçisinə məxsus tək hücrə, içəridə çoxlu otaqlar var. İçəriyə gedən keçidin eni doqquz, divarın eni isə on addımdır.

Mayakın bütün dörd divarı hesablandıqda 140 addımı əhatə edir. Hündür bir təpənin üzərindədir. Mayakla şəhər arasında bir torpaq zolaq var. Mayaka yalnız bu dar torpaq zoilaq ilə getmək olardı. Mayaka ged\n torpaq yolun başlancığında isə qədim bir qəbirstanlıq var.

Səyahətimi başa verduqdan sonra yeddi yüz əllinci ildə Məğribə qayıdanda mayakı bir daha görmək istədim, lakin tamamilə xarab olduğundan ora girmək mükün olmadı.

İsgəndəriyyənin möcüzələrindən biri də şəhərin kənarında yerləşən Amudü’s-Sevari adı ilə tanınan mərmər sütundur. Xurma bağının ortasına ucaldılmış bu möhtəşəm tikili, heyrətamiz hündürlüyü ilə ağaclar arasında diqqəti çəkir və uzaqdan da görünürdü.tikilinin ətəyində oturacaqlara bənzəyən dördbucaqlı daş altlıqlar vardı və onun burada necə və kim tərəfindən qoyulması dəqiq məlum deyidi.
Ərəb dilindən tərcümə etdi AzerVoice xəbər servisi

Digər Kateqoriyalar

2023 © AzerVoice