Əsas səhifə » İbad Hüseynli ASALA-nın qatillərinə qarşı qəhrəmancasına mübarizə aparıb – Yalçın Topçu

İbad Hüseynli ASALA-nın qatillərinə qarşı qəhrəmancasına mübarizə aparıb – Yalçın Topçu

Hafiz Rufizoglu

Bakı. AzerPress:

İbad Hüseynli ASALA-nın qatillərinə qarşı qəhrəmancasına mübarizə aparıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

Yalçın Topçu Azərbaycanın rəsmi olaraq yaşayan Milli Qəhrəmanı İbad Hüseynlini sosial kompleksdəki ofisində qəbul edib.

banner

“Sevimli Azərbaycanımızın yaşayan Milli Qəhrəmanı, Türk Dünyasının qəhrəman oğlu İbad Hüseynlini millətimizin evində qonaq etməkdən çox xoşbəxt olduq. Birinci Qarabağ müharibəsində erməni qəsbkarlarına və ASALA-nın amansız qatillərinə qarşı qəhrəmancasına mübarizə aparıb.”- deyə o bildirib.

Yalçın Topçu oktyabrın 7-dən Qəzzada baş verən dinc sakinlərə hücuma da münasibət bildirib.

“Qəzzədə Dərhal Atəşkəs Bəyannaməsi” layihəsinin 153 leyhinə səsi verilməsinə baxmayaraq ABŞ-ın veto verməsi qəbul edilməzdir. Qəzzadakı soyqırım dərhal dayandırmalı və atəşkəs bərpa olmalıdır.” –deyə Topçu qeyd edib.

O seperatçı terror təşkilatları ilə mübarizə zamanı şəhid olan Piyada Leytenantı Eril Alperen Əmirə baş sağlığı verib.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice