Əsas səhifə » I Murad necə hakimiyyətə gəldi?

I Murad necə hakimiyyətə gəldi?

admin

Bakı, AzerPress:

I Murad Orxan Qazinin altı oğlundan ikincisi idi. Qardaşı Süleyman paşanın ov zamanı atdan yıxılaraq ölməsi I Muradın taxt yolunu açdı. Rumeli fatehi Süleyman paşanın ölümündən sonra I Murad bu ərazilərin fəthində iştirak etməyə başladı. Süleyman paşanın yerinə keçən I Murad 1362-ci ildə atasının ölümündən sonra taxta çıxdı.

Əgər Süleyman paşanın vaxtsız ölümü olmasaydı I Murad taxta çıxa bilməyəcəkdi. I Murad hakimiyyətə gələndə ilk olaraq Anakaranın Bizansdan geri alınması ilə məşğul idi. Bu vəziyyətdən istifadə edən Bizans Osmanlıların nəzarətində olan Çorlu, Burqaz, Malkara kimi yerləri ələ keçirdi.

I Murad Anadoluda Osmanlıların hakimiyyətini möhkəmləndirdikdən sonra Rumeliyə qayıtdı və bu yerləri geri aldı. O, daha əvvəl olduğu kimi türk əhalisinin işğal olunmuş ərazilərə köçürülməsini davam etdirdi.

banner

I Murad Dimetoka ərazisini ələ keçirərək Rumeli basqınlarının mərkəzinə çevirdi.

Lələ Şahin 1363-cü ildə Filibe şəhərini fəth etdi. Filibenin fəthi ilə həm Ədirnənin şimaldan təhlükəsizliyi təmin edildi, həm də İstanbula taxıl və vergi verən Meriç vadisi Osmanlıların nəzarətinə keçdi.

Bu hadisələrdən sonra Bizans 1363-cü ildə Osmanlı dövləti ilə müqavilə bağlayaraq Osmanlıların Avropadakı fəthlərini tanıdı.

I Murad taxta çıxdıqdan sonra qardaşları ilə münasibəti necə idi?

I Murad taxta çıxanda qardaşları Xəlil və İbrahim həyatda idi. Şahzadə Xəlilin anası Teodora idi. Teodora Bizans imperiyasının qurucusu Kantakuzenosun qızı idi. Şahzadə Xəlil Bizans imperatoru İoannesin qızı ilə nişanlanmışdı.

Bursanın sancak bəyi olan şahzadə Xəlilin atası tərəfindən çox sevildiyi və Osmanlı taxtına namizəd göstərildiyi barədə məlumatlar var. Digər şahzadə İbrahimin də I Muraddan böyük olduğu ehtimal edilir.

I Murad Ankaranı Bizansdan geri aldıqdan sonra Əskişəhərə gələrək qardaşlarını edam etdirdi. Osmanlı tarixi mənbələrində bu hadisə ilə bağlı ətraflı məlumat verilmir. Bəzi mənbələr şahzadələrin üsyan etdiyini bildirir. Bu iki şahzadənin öldürülməsi ilə Osmanlıda ilk dəfə qardaş qanı töküldü.

Silsilə xəbərlər

Ləman Əsədli
Twitter: Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice