Əsas səhifə » Husilər və Əş-Şəbab İsrail əleyhinə ittifaq edir

Husilər və Əş-Şəbab İsrail əleyhinə ittifaq edir

Azer Voice

Bakı. AzerVoice:

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Yəmən hakimiyyətinin [husilərin] Əş-Şəbab qruplaşmasının Somalili yaraqlıları ilə İsrailə qarşı taktiki hərbi ittifaq haqqında razılığa gəldiyini bildirib.

AzerVoice xəbər verir ki, Husilər Əş-Şəbabın ehtiyacları üçün Qırmızı dənizin o tayındakı qonşu Somaliyə raket silahları istehsal edib ixrac etmək iqtidarındadırlar. Hətta iddia olunur ki, yaxın günlərdə ilk ixrac baş tutacaq.

Əş-Şabab isə öz növbəsində Qərb və İsrail gəmilərinə dənizdən hücumlar həyata keçirəcək.

banner

Mərkəzi Kəşfiyyat İdarəsinin analitikləri belə qənaətə gəliblər ki, Yəmənin hakim “Ənsar Allah” ( Husilər) hərəkatı heç də hər zaman İranın maraqları daxilində hərəkət etmirlər.

Onların fikrincə, husilər praqmatik olmaqla yanaşı, hətta İranın düşmənləri ilə də əməkdaşlıq edə bilərlər, yetər ki, bu, onların və Yəmənin milli maraqlarına xidmət etsin.

Qeyd edək ki, ideoloji baxımdan husilər və Əş-Şəbab bir-birini düşmən saysalar da, islam baxımından bir-birini “azmış” adlandırsalar da, hər iki təşkilatın hələ də ortaq hədəfləri mövcuddur.

Hazırda Yəmənin paytaxtı Sənadakı Husi hökuməti rəsmi olaraq Amerikanın xəbərlərini nə təsdiq, nə də təkzib edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice