Əsas səhifə » Hüququ şüurlu iradənin məhsulu hesab edən nəzəriyyə – Məsumə Cəbrayılzadə

Hüququ şüurlu iradənin məhsulu hesab edən nəzəriyyə – Məsumə Cəbrayılzadə

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Pozitiv hüququn yaranması. Hüquqi pozitivizmin meydana gəlməsi XIX əsrin birinci yarısında Qərbi Avropa ölkələrində sənaye kapitalizminin bərqərar olunması ilə əlaqədardır. Vahid milli bazarın formalaşması üçün bütün ölkə üçün vahid olan hüquq qaydasının bərqərar edilməsini tələb edirdi.Bu isə,öz növbəsində,dəqiq və aydın tərzdə ifadə olunan,rəsmi aktlarda əks edilmiş vahid və məcburi hüquqi müddəaların tətbiqini və qanunvericilik qaydasında nizamlanan ictimai münasibətlər dairəsinin genişləndirilməsini tələb edirdi.

Təbii hüquq və pozitiv hüquq arasındakı fərqlər

Təbii hüquq nəzəriyyəsinin təməli- ideal hüquq yəni ki,olması lazım olan hüquq qaydasıdır (lege feranda).Pozitiv hüquq nəzəriyyəsinin təməlində isə  müəyyən bir cəmiyyətdə müəyyən dövrdə etibarlılıq qazanan və mövcud olan hüquq(lege lata) ideyası dayanır.  Pozitiv hüquq və təbii hüququ daha yaxşı anlamaq üçün onları aşağıdakı kimi izah etmək olar:

banner

Pozitiv hüquq:

Nəzəriyyənin əsas ideyası ondan ibarətdir ki,insan hüququn mahiyyətini dərk etməz yalnız zahiri əlamətlərini dərk edə bilər.Zahiri əlamətlər isə qanunlardır. Qanunlar isə dövlət tərəfindən yaradılır.Pozitivistlərin əsas 3 mülahizəsi var: 1)hüququ dövlət yaradır 2)hüquq rəsmi aktlarda ifadə olunmalıdır 3)hüquqda dövlət məcburetməsi var.

Pozitiv hüquqa tənqidlər. Pozitiv hüquqa digər tənqid isə “haqsızlıq tezisi” ilə Qustav Radbruçdan gəlir.Radbruça görə, pozitiv hüquq ədalətlə açıq-aşkar ziddiyyət təşkil edə bilərsə,deməli,insan haqlarını heçə sayır.Və etibarlılığı yoxdur.Digər tərəfdən isə Radbruç pozitif hüququn  təbii hüquq tərəfindən nəzarət edilməli olduğunu söyləyir.Federal Almaniya Konstitusiya Məhkəməsi bir çox qərarında Radbruçun bu fikirlərinə istinad etmişdir. Yəhudilərin irqçilik səbəbi ilə Alman vətəndaşlığını itirmələri ilə əlaqədar olaraq İmperiya Vətandaşlıq haqqında qanunla bağlı verdiyi 14.02.1968 il tarixli qərardır.Burada ədalətin təməl prinsipləri ilə ziddiyyət təşkil edən müddəaların ləğv edilməsi haqqında hökm çıxarılmışdır.Məhkəmə,hakimlərin də bu cür müddəaları tətbiq etməmələri haqqında da qərar qəbul etmişdir. Konstitusiya məhkəməsinin verdiyi bu cürətkar qərar,hüquq qavramı,ədalət ideyası və insan haqlarının qorunmaı baxımından totalitarizmə qarşı ən böyük tənqidi ifadə edirdi.

Pozitiv hüququn totalitar rejimin yaranmasındakı rolu. Biz tez-tez pozitiv hüququn totalitar rejimə  yol açması  haqqında iddialara rast gələ bilərik. Pozitiv hüquq Almaniyada totalitar rejimin qurulmasından 75 il əvvəl,digər bütün ölkələrdə olduğundan daha çox güc qazanıb.Almaniyada pozitivizmin qurucularından biri hesab olunan Bergbodh hüququn etibarlılığı mövzusunda əxlaqi dəyərlərə önəm vermirdi.Hüququ hüquq edən onun haqlılığı deyil,onun siyasi hakimiyyətin iradəsinin məhsulu olmasıdır.Bu səbəbdən dövlət idarəsində iştirak edənlər tərəfindən verilən hər bir əmr ,məzmunundan asılı olmayaraq hüquq sayılır.Haqlılıq və inandırıcılığın bir əhəmiyyət kəsb etmədiyi bu anlayışda,hüququn sahib olduğu əsas xüsusiyyəti məcburiyyətin olması idi.

Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisası tələbəsi Cəbrayılzadə Məsumə

Ədəbiyyat

  1. Osmanlı Son Dönem Hukuk Literatüründe Doğal Hukuk-Pozitif  Hukuk Ayrımı: Mehmet Servet’in Mukaddime-i İlm-i Hukuk Adlı Eseri. NEU press. C.5
  2. Yrd.Doç.Dr.Aktaş,S. (2000). Pozitivist Hukuk Kavramı Üzerine Eleştirisel Bir Refleksiyon,AÜEHFD
  3. Prof.Mehdiyev,F. ,Dos.Quliyev,E.(2018) . Hüquq nəzəriyyəsi. Bakı: Gənclik nəşriyyatı. s.249-250
  4. Bodenheimer,Edgar: Significant development in german legal philosophy since 1945,c.3, s.379-380

Digər Kateqoriyalar

2023 © AzerVoice