Əsas səhifə » Humanitar heyətin qətli qətiyyən qəbuledilməzdir – Kanada XİN

Humanitar heyətin qətli qətiyyən qəbuledilməzdir – Kanada XİN

Tasnim İsmixan

Bakı. AzerVoice:

Kanada İsrailin Qəzzada yardım işçilərinə zərbə endirməsini qınayıb.

AzerVoice xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli “X” sosial media platformasında paylaşımda qeyd edib.

Ottava İsrailin biri Kanada vətəndaşı olmaqla 7 nəfərin ölümünə səbəb olan aviazərbənin tam araşdırılmasını tələb edir. 

banner

“Biz bu zərbələri pisləyirik və hərtərəfli araşdırmaya çağırırıq. Kanada bu qətllərə görə tam cavabdehlik gözləyir və biz bunu birbaşa İsrail hökumətinə çatdıracağıq. Humanitar heyətin qətli qəbuledilməzdir”. – deyə Coli bildirib.

Təsnim Rufizqızı

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice