Əsas səhifə » Hücuma məruz qalan FİFA referisi karyerasını bitirib

Hücuma məruz qalan FİFA referisi karyerasını bitirib

Laman Asadli

Bakı, AzerPress:

Türkiyədə Superliqasının “Ankaragücü” – “Rizəspor” matçından sonra hücuma məruz qalan hakim Halil Umut Meler karyerasını davam etdirməyəcək.

İdman.biz xəbər verir ki, bunu 37 yaşlı FİFA referisinin özü açıqlayıb.

Ankarada özəl xəstəxanalardan birində nəzarət altında saxlanılan ədalət təmsilçisi depressiyaya düşüb. Hakim onu ziyarət edən həmkarlarına bildirib ki, bu iş artıq onun üçün bitib.

banner

Qeyd edək ki, Halil Umut Meler Superliqanın 15-ci turunun 1:1 hesabı ilə bitən matçdan sonra “Ankaragücü”nün prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb. Yerə yıxılan hakimə sonra da şiddət davam edib.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice