Əsas səhifə » Hizbullahın hücumları nəticəsində İsraildə yanğın baş verib

Hizbullahın hücumları nəticəsində İsraildə yanğın baş verib

Yamin Savalanli

Bakı. AzerVoice:

Livandan buraxılan mərmilər və dronların hücumları nəticəsində İsrailin şimalında yanğınlar başlayıb.

AzerVoice xəbər verir ki, Kiryat Şmona şəhərində və Kfar-Giladi kibutsunda bir neçə ev yanıb. “Burkan” raketi və iki dron-kamikadzenin qeyri-yaşayış ərazisinə düşməsi nəticəsində Qərbi Qalileydə də yanğın baş verib. Ümumilikdə yanğının söndürülməsinə 30-dan çox yanğınsöndürmə briqadası cəlb olunub.

İsrail ordusunun mətbuat xidmətinə görə hazırda İMQ Maddi-texniki Təminat Komandanlığının yanğınsöndürən taboru hadisə yerindədir, yanğınsöndürənlərə və xilasedicilərə köməklik göstərilir. Yanğınlar nəzarət altına alınıb, indiki mərhələdə insanların həyatı üçün təhlükə yoxdur.

banner

İMQ-in bildirdiyinə görə, ehtiyatda olan altı hərbçi yanğınları söndürərkən yaralanıb. Onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. Onların hamısına tibbi yardım göstərilmək üçün xəstəxanaya aparılıb.

Qeyd edək ki, yeddi oktyabrdan Qəzza zolağına hücumlarını davam etdirən İsrail, şimal sərhədində də Livan Hizbullahı ilə toqquşur. Bu qarşıdurmalarda 325 Hizbullah üzvü, 65 Livan vətəndaşı, 19 Əməl Hərəkatı, 13 Həmas, 15 İslami Cihad üzvü, 14 İsrail əsgəri və 10 mülki İsrail vətəndaşının həlak olduğu bildirilib.

Baş verən yanğınlarla əlaqədar olaraq müxalif qrup Netanyahunu günahlandırarkən ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Livanı hədələyib. O “Bütün Livanın yanmasının vaxtıdır” deyə bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice