Əsas səhifə » Hizbullahın hərbi bazaya hücumunda 4 İsrail əsgəri ölüb

Hizbullahın hərbi bazaya hücumunda 4 İsrail əsgəri ölüb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Hizbullahın Hayfa şəhərinin cənubunda yerləşən hərbi bazaya həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumunda 4 İsrail əsgəri ölüb, 7-si ağır olmaqla 58 əsgər yaralanıb.

AzerVoice xəbər verir ki, bu barədə İsrail ordusunun etdiyi açıqlamada bildirilib.

Verilən açıqlamada ölən əsgərlərin kimliyinin daha sonra açıqlanacağı deyilib. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib.

banner

Hizbullahın verdiyi açıqlamada, Hayfa şəhərinin cənubundakı Binyamina bölgəsində İsrail ordusuna aid “Qlolani Briqadasının təlim bazası”na edilən PUA hücumu təsdiqlənib.

İsrail, Baş Qərargah rəisi Halevinin öldüyü iddialarından sonra hadisə ilə bağlı yayım qadağası qoyub.

İsrailə doğru göndərilən üç PUA-dan ikisinin vurulduğu, birinin Binyamin bölgəsinə düşdüyü bildirilib. Xəbərdarlıq sirenlərinin işə düşmədiyi, bu səbəbdən hücum zamanı əsgərlərin yeməkxanada olduğu deyilib.

Baş verən hadisədən sonra əhali arasında köç dalğasının başladığı bildirilir.

Xatırladaq ki, Hizbullah İsrailə Aralıq dənizi üzərindən PUA hücumu etmişdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice