Əsas səhifə » Hizbullaha dərs verməyin vaxtı çatıb- Gantz

Hizbullaha dərs verməyin vaxtı çatıb- Gantz

Orkhan Qadirzade

BakıAzerVoice

İsrailin ölkənin şimalındakı vəziyyətlə məşğul olmaq vaxtı çatıb. Livan Hizbullahı ilə üz-üzə gəlib, həm Hizbullaha həm də İrana dərs verməyin vaxtı gəlib çatıb.

 AzerVoice ArabAZ -a istinadən xəbər verir ki, bunu İsrailin Müharibə Şurasının keçmiş üzvü Benni Gantz deyib.

Vaşinqtonda Yaxın Şərqlə bağlı müzakirə forumunda iştirak edən Gantz, “Şimala müdaxilənin zamanı gəli. Biz bu  məsələdə bir az da gecikmişik”-deyə o bildirib.

banner

 “Qəzzada biz həlledici məqama çatmışıq. Düşünürəm ki, girovları azad etmək üçün razılığa gəlməyə çalışmalıyıq, lakin yaxın günlərdə və ya həftələrdə buna nail ola bilməsək, şimala (Livana)  getməliyik. Mən daha çox gözləməyə ehtiyac duymuram. Bizim bunu etmək imkanımız var”-deyə o əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice