Əsas səhifə » Hizbullah İran dəstəyindən imtina edir?

Hizbullah İran dəstəyindən imtina edir?

Azer Voice

Bakı,AzerVoice

İranın Qüds korpusunun rəhbəri, ehtimal edilən İsrail-Livan (Hizbullah) müharibəsini müzakirə etmək üçün Beyruta səfər edib.  AzerVoce xəbər verir ki, İran rəsmisi ilə keçən görüşdə təşkilat rəsmiləri Hizbullahın İsrailə qarşı tək başına vuruşacağını deyiblər.

Bir çox livanı ekspertlər hesab edirlər ki, ehtimal edilən müharibə nəticəsində Hizbullaha ciddi zərər dəyəcəyi təqdirdə İran Hizbulla ilə şiə həmrəyliyi nümayiş etdirəcək və İsrailə sərt reaksiya verməyə məcbur olacaq.
Digər bir tərəfdən ekspertlər istisna etmirlər ki, Hizbullah-ın bu bəyanatı sadəcə əzələ gösrəişindən başqa bir şey deyil və İranın Hizbullaha açıq dəstəyini kəsməsi mümkün deyil.

Qeyd edək ki, Hizbullah İsrailin Qəzza zolağına hücumu dayandırılacağı təqdirdə atəşi dayandıracağını bəyan edərək, kampaniyasını Qəzzada atəş altında olan fələstinlilərə dəstək olmaq məqsədi daşıdığını bildirib.

banner

Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.

İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi  nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.

Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice