Əsas səhifə » Hizbullah ilə müharibə İsrildə elektrik  qıtlığı yarada bilər – nazirlik

Hizbullah ilə müharibə İsrildə elektrik  qıtlığı yarada bilər – nazirlik

Azer Voice

Bakı,AzerVoice

Hizbullah ilə geniş və uzun sürən müharibə İsrildə elektrik qıtlığı yarada bilər. AzerVoice xəbər verir ki, bu haqda İsrailin Səhiyyə Naziriliyinin hesabatlarına  deyilir.
Hesabatda qeydolunur ki,genişmiqyaslı müharibə olacağı təqdirdə İsrailin 60 faizinin hər biri iki saat, gündə bir neçə dəfə elektrik kəsilməsindən əziyyət çəkəcək.

“Nəticə olaraq, İsrailin səhiyyə sistemi çökə bilər, çünki ventilyatorlar və tənəffüs dəstək sistemləri fəaliyyətini dayandıracaq.Müharibə vəziyyətində səhiyyə sisteminin çökməsinin qarşısını almaq üçün İsrail daxilində enerji və oksigen mərkəzlərinin yaradılmasını təklif edirik” –deyə hesabatda bildirilir.

banner

Oktyabrın 7-də İsrail-Hizbullah toqquşması başlayandan bəri Livanın cənubunda iqtisadi itkilər təxminən 1,2 milyard dollara çatıb.

Zərər əsasən infrastruktura, yollara, binalara və kənd təsərrüfatı sahələrinə dəyib.Müəssisələrin bağlanması səbəbindən 300 milyon dollar civarında dolayı itki də var.

Baş verən lokal toquşmalar nəticəsində, Livanın cənubunda 520 ev tamamilə dağıdılıb, 3300 evə isə qismən ziyan dəyib.

Məlumat üçün bildirək ki,oktyabrın 7-də İsrail və Qəzzada yerləşən Fələstin silahlı qruplaşması HƏMAS arasında müharibə başlayandan bəri Livan-İsrail sərhədində İsrail və HƏMAS-ın müttəfiqi olan Hizbullah arasında hər gün atışma müşahidə olunur.

İsrailin Livanın sərhəd kəndlərini dəfələrlə bombardman etməsi  nəticəsində, əksəriyyəti Hizbullah döyüşçüləri olmaqla 227 nəfəri, həmçinin üçü jurnalist də daxil olmaqla 27 mülki sakin həlak olub. İsrail ordusunun məlumatına görə, İsrail tərəfində, şimal sərhəd bölgəsində 9 əsgər və 6 mülki olmaqla 15 nəfər həlak olub.

Döyüşlər həmçinin sərhədin hər iki tərəfində on minlərlə sakini didərgin salıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice