Əsas səhifə » Hizbullah daha 10 üzvünün öldüyünü açıqlayıb

Hizbullah daha 10 üzvünün öldüyünü açıqlayıb

Orkhan Qadirzade

Bakı, AzerVoice

Livanda peycerlərin partladılmasından sonra Hizbullah daha 10 üzvünün öldüyünü açıqlayıb.

AzerVoice xəbər verir ki, Hizbullah məsələ ilə bağlı Telegram sosial şəbəkə hesabında paylaşım edib.

Xatırladaq ki, Hizbullah dünən verdiyi açıqlamada Livanda peycerlərinin partladılması nəticəsində iki üzvünün öldüyünü bildirmişdi.

banner

Sözügedən açıqlamada üzvləri Məhəmməd və Madinin harada və hansı səbəbdən öldüyü barədə məlumat verilməmişdi.

Qeyd edək ki,İsrail ordusu ilə Livan Hizbullahı arasında 8 oktyabr 2023-cü ildən bu yana davam edən qarşıdurmalarda həyatını itirən Hizbullah üzvlərinin sayı 453-ə yüksəlib.

Digər Kateqoriyalar

2023 © AzerVoice