Əsas səhifə » Hindistanın silah satması revanşistləri ruhlandırır – Nazir

Hindistanın silah satması revanşistləri ruhlandırır – Nazir

Aytac Suleymanova

Bakı. AzerPress:

Ermənistan və Hindistan arasında silah alış-verişi tərəfimizdən diqqətlə izlənilir.

AzerPress-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Hindistanın rəsmi mövqeyi ondan ibarət olub ki, heç zaman Ermənistana silah satışını Azərbaycanı Türkiyə Pakistanla olan dostluq münasibətlərilə uzlaşdırmayıb. Rəsmi mövqe budur. Bizim çatdırdığımız mesajlar sadə və məntiqlidir. Bu ondan ibarətdir ki, siz buna kommersiya layihəsi olaraq baxmamalısınız. Burada uzun müddət işğal faktoru olub. Müharibə başa çatıb və bölgədə sülh üçün tarixi şans yaranlb. Belə məqamda bu addımların atılması və Ermənistanda olan revanşist qüvvələrin olması onları daha da ruhlandırır.

banner

Regionda öz mövcudluğunu genişləndirmək istəyənlər bu reallıqları nəzərə almalı və müsbət gündəliklərlə gəlməlidir” ,- deyə nazir bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice