Əsas səhifə » HƏMAS MHP sədrinə təşəkkür edib

HƏMAS MHP sədrinə təşəkkür edib

Laman Asadli

Bakı. AzerVoice:

HƏMAS Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeliyə Fələstin xalqına İsrailə qarşı müqavimətdə göstərdiyi dəstəyə görə təşəkkür edib.

AzerVoice xəbər verir ki, HƏMAS bu barədə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, Bahçelinin bu prinsipial münasibəti Fələstin xalqının qurtuluş və istiqlal mübarizəsinə verdiyi dəstəyə qarşı nəcib türk xalqının ilkin münasibətinin davamıdır.

banner

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice